Günay Əfəndiyeva Naxçıvanda keçirilən Türk Şurası Gənc Liderlərinin ilk forumunda çıxış edib

Xəbərlər

Günay Əfəndiyeva Naxçıvanda keçirilən Türk Şurası Gənc Liderlərinin ilk forumunda çıxış edib

26 noyabr 2018 11:46
26 noyabr 2018 – ci ildə Naxçıvan şəhərində Türk Şurası Gənc Liderlərinin ilk forumu keçirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondununun prezidenti Günay Əfəndiyeva tədbirdə çıxış edib. Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva deyib ki, qədim mədəniyyətə malik olan Naxçıvan bu gün bütün sahələrdə inkişaf edir. Artıq Naxçıvan türk dünyasının elm, mədəniyyət və maarifçilik mərkəzinə çevrilib. Memar Əcəmi Naxçıvani, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, tanınmış rəssam Bəhruz Kəngərli yurdu Naxçıvan türk dünyasının böyük oğlu, türkdilli xalqların birliyinin təmin olunmasında mühüm xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin vətənidir. Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən bu il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı “Dədə Qorqud” kamera orkestrinin konserti olub. Qeyd olunub ki, bu gün qarşımızda duran əsas məqsəd türk xalqlarını daha da yaxınlaşdırmaqdan, yeni əməkdaşlıq imkanları qurmaqdan, soykökümüz, zəngin mədəniyyətimiz və dəyərlərimiz haqqında gəncləri məlumatlandırmaqdan ibarətdir. Naxçıvan forumu bu istiqamətdə yeni imkanlar açacaqdır. Türk Parlament Assambleyasının baş katibinin müavini Əli Yıldız çıxış edərək deyib: Türkdilli ölkələrin müxtəlif sahələr üzrə fəaliyyət göstərən təşkilatları xalqlarımızın daha da yaxınlaşmasına və yeni əməkdaşlıq imkanlarının qurulmasına öz töhfələrini verirlər. Türk Parlament Assambleyasının bu sahədəki fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Gənclər arasındakı əlaqələrin inkişafına mühüm əhəmiyyət veririk. Çünki hər bir xalqın gələcək idarəçiləri gənclərdir. Gənclərin müxtəlif sahələr üzrə müzakirələr aparması vacib məsələdir və keçirilən forum bu işə öz töhfəsini verəcəkdir. Forum iştirakçıları ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar., Ulu Öndərin xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur