Günay Əfəndiyeva III UNWTO – UNESCO Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edib

Xəbərlər

Günay Əfəndiyeva III UNWTO – UNESCO Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edib

05 dekabr 2018 11:50
3-5 dekabr tarixlərində Türkiyə Respublikasının İstanbul şəhərində III UNWTO – UNESCO Ümumdünya Mədəniyyət və Turizm Konfransı keçirilib. Konfrans Türkiyə Respublikası Mədəniyyət və Turizm nazirliyi, UNWTO və UNESCO tərəfindən birgə təşkil olunub. Tədbirin açılışında Malta Respublikası Prezidenti Marie Louise Coleiro Preca fəxri qonaq qismində yer alıb. Tədbirdə iqtisadi artım, sosial inkişaf, turizm və mədəniyyətin qorunması sahəsində birgə əməkdaşlıq imkanlarının müəyyən edilməsi üzrə müzakirələr aparılıb. Tədbirdə müxtəlif ölkələrdən gələn mədəniyyət və turizm nazirləri, beynəlxalq təşkilatların rəhbərləri, dünya turizm və mədəniyyət sahəsində aparıcı mütəxəssislər iştirak edib. Konfransda Türkiyə Respublikası Mədəniyyət və Turizm naziri cənab Mehmet Nuri Ersoy ve BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) baş katibi Zurab Pololikaşvilinin dəvəti ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva da iştirak edib. Konfrans çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva həmkarları, o cümlədən UNWTO, ISESCO, IRCICA, TÜRKSOY-un rəhbərləri ilə görüşüb və gələcək fəaliyyətə dair fikir mübadiləsi aparıb.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur