Günay Əfəndiyeva professor İbrahim Yıldırım ilə görüşdü

Xəbərlər

Günay Əfəndiyeva professor İbrahim Yıldırım ilə görüşdü

13 iyun 2017 13:19
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İstanbul Universitetinin professoru İbrahim Yıldırım ilə görüşmüşdür. G.Əfəndiyeva türkdilli xalqların tarixi-mədəni irsinin mühafizəsi və təbliğ edilməsinin vacib əhəmiyyət kəsb etdiyini bildirmişdir. İ.Yıldırım Türk dünyasına aid zəngin irsin qorunması və araşdırılması sahəsində Fond ilə əməkdaşlıq niyyətini ifadə etmiş, Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrin möhkəmləndirilməsinin vacibliyini qeyd etmişdir. Görüşdə XX əsrin əvvəllərində Türkiyədə yaşayan görkəmli şəxsiyyətlərin irsinin daha dərindən tədqiqi məqsədilə birgə tədbirlərin keçirilməsi müzakirə edilmişdir.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur