Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Zirvə Toplantısı keçirildi

Xəbərlər

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Zirvə Toplantısı keçirildi

11 sentyabr 2015 07:38
3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) növbəti Zirvə toplantısı sentyabrın 11-də Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində keçirilmişdir. V Zirvə Toplantısında Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğızıstan Prezidenti Almazbek Atambayev, Türkiyə Böyük Millət Məclisinin sədri İsmət Yılmaz, Türkmənistan Baş nazirinin müavini Sapardurdu Toyliyev iştirak etmişlər. Sammitə hökumət, diplomatik korpusların, beynəlxalq təşkilatların, o cümlədən TÜRKSOY, TürkPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri qatılmışlar. Zirvə toplantısında Türkdilli dövlətlər arasında iqtisadiyyat, elm, təhsil, texnologiya və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılmış, mədəniyyət, tarix, dil və digər sahələrdə əsrlərdən bəri mövcud olan ortaq dəyərlərin qorunmasının və təbliğinin vacibliyi qeyd edilmişdir. Sammit çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri TDƏŞ-in V Sammitinin Bəyannaməsini, Şuranın baş katibinin müavinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidentinin təyin edilməsi ilə bağlı sənədləri imzalamışlar.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur