TDƏŞ-in rəsmi fəaliyyətə başlamasının 6-cı ildönümü və 3 Oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü keçirildi

Xəbərlər

TDƏŞ-in rəsmi fəaliyyətə başlamasının 6-cı ildönümü və 3 Oktyabr Türkdilli Ölkələrin Əməkdaşlıq Günü keçirildi

09 oktyabr 2015 11:01
Oktyabrın 9-da İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) rəsmi fəaliyyətə başlamasının 6-cı ildönümü və 3 Oktyabr – Türkdilli Ölkələrin Əməkdaşlıq Günü münasibətilə TDƏŞ tərəfindən rəsmi qəbul təşkil edilmişdir. TürkPA-nın baş katibi Jandos Asanov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, eləcə də Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndələri, Türkiyədə fəaliyyət göstərən beynəlxalq təşkilatların və İstanbuldakı diplomatik korpusun rəhbərləri, KİV təmsilçiləri görüşdə iştirak etmişlər. Tədbirdə TDƏŞ-in təsis edilməsinin tarixi əhəmiyyətidən, təşkilatın keçdiyi inkişaf yolundan, ötən dövrdə əldə olunan nailliyyətlərdən danışılmışdır.  
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur