Qazax xanlığının 550 illiyinə həsr edilmiş təntənəli tədbir keçirildi

Xəbərlər

Qazax xanlığının 550 illiyinə həsr edilmiş təntənəli tədbir keçirildi

11 sentyabr 2015 09:56
Sentyabrın 11-də Astananın Azadlıq Sarayında Qazax xanlığının 550 illik yubiley mərasimi keçirilmişdir. Açılış mərasimində Qaxasıxtan Respublikasının Prezidenti Nursultan Nazarbayev çıxış edərək, xalqını mühüm gün münasibətilə təbrik etmiş, Qazaxıstanın hər zaman dünyanın müxtəlif ölkələri ilə dostluq münasibətində olacağını bildirmişdir. Tədbirdə Qazaxıstan Parlamentinin məclisinin və senatının deputatları, dövlət orqanların, idman və mədəniyyət xadimləri, beynəlxalq təşkilatların, o cümlədən TDƏŞ, TÜRKSOY, TürkPA, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun rəhbərləri iştirak etmişlər.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur