Qazax mütəfəkkiri Abayın 170-ci ildönümünə həsr edilmiş beynəlxalq konfrans keçirildi

Xəbərlər

Qazax mütəfəkkiri Abayın 170-ci ildönümünə həsr edilmiş beynəlxalq konfrans keçirildi

22 dekabr 2015 10:04
Bakı Dövlət Universitetində Qazax xanlığının 550 illiyi və Qazax xalqının mütəfəkkiri, filosof, böyük ictimai xadim və maarifçi, dahi Abay Kunanbayevin 170 illik yubiley tədbirləri çərçivəsində beynəlxalq konfrans keçirilmişdir. Tədbir Qazaxıstanın Bakıdakı səfirliyi tərəfindən Bakı Dövlət Universiteti, Beynəlxalq Türk Akademiyası, Əl-Fərabi adına Qazaxıstan Dövlət Universiteti, eləcə də TürkPA-nın dəstəyi ilə təşkil edilmişdir. Tədbirdə çıxış edənlər və dəvətlilər sırasında Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Beybit İsabayev, tanınmış Qazax ictimai və dövlət xadimi, xalq şairi Oljas Suleymenov, Əl-Fərabi adına Qazaxıstan Dövlət Universitetinin rektoru Qalımkair Mutanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Türk Şurasının Baş Katibi Ramil Həsənov, TürkPA Baş Katibi Jandos Asanov, Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kidirali, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Azərbaycan Milli Məclisinin üzvləri, Bakıda akreditasiyadan keçmiş diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələri, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən olan görkəmli alimlər yer almışlar.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur