Günay Əfəndiyeva ISESCO-nın Baş Konfransında iştirak etdi

Xəbərlər

Günay Əfəndiyeva ISESCO-nın Baş Konfransında iştirak etdi

25 sentyabr 2015 20:38
26 sentyabr 2015-ci il tarxində Bakıda ISESCO-nun Baş Konfransı XII sessiyası keçirilmişdir. Beynəlxalq türk Mədəniyyəti və İrsi Fondunun prezidenti sessiyada iştirak etmişdir. Sessiyada çıxış edən Günay Əfəndiyeva türk xalqlarının İslam dünyasının bir parçası olduğunu vurğulamışdır. Günay Əfəndiyeva rəhbərlik etdiyi Türk Mədəniyyəti və İrsi Fondunun müsəlman ölkələrlə sıx əməkdaşlığa önəm verdiyini diqqətə çatdırmışdır. Çıxışının davamında Günay Əfəndiyeva Fondun gələcək planlarından danışaraq Türk-İslam mədəniyyətinin yenidən araşdırılması və təbliği istiqamətində görüləcək işlədən söz açmışdır.
Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur